|
|
|
|

ABŞ konqresmeni Maykl Uolts Donald Trampın andiçmə mərasimindən sonra prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezident seçkilərinin qalibi Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.
“Konqresmen Maykl Uoltsun milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd göstərildiyini elan etmək şərəfinə sahibəm”, - Tramp yazıb.



