|
|
|
|
ABŞ-nin hazırkı prezidenti Co Baydenin Donald Trampla görüşdə davranışı amerikalıları təəccübləndirib. Görüşdən sonra belə fikirlər səslənməyə başlayıb ki, Bayden partiyası tərəfindən ikinci müddətə prezidentliyə namizəd olmaqdan məhrum edildiyi üçün hakimiyyəti respublikaçılara təhvil verməkdən xoşbəxtdir.
525.az xəbər verir ki, bu barədə “Fox News” sosial şəbəkələrə istinadən məlumat yayıb.
Telekanal hazırkı prezidentin hakimiyyətin keçidini “səbirsizliklə gözlədiyini” və indiki administrasiyanın ABŞ-nin növbəti prezidenti üçün əlindən gələni edəcəyi barədə bəyanatını xatırladır.
“Baydenin zahirən xoşbəxt davranışı sosial mediada mühafizəkarları sevindirib. Onlar qeyd ediblər ki, prezident daha əvvəl heç vaxt belə xoşbəxt görünməyib”, - deyə “Fox News” yazır.
Materialda həmçinin amerikalıların “Bayden görüş boyu gülürdü”, “Bayden Trampın Ağ evə qayıdışına sevinir” kimi şərhləri yer alıb.
Xatırladaq ki, noyabrın 13-də Ağ evdə ABŞ-nin indiki və növbəti prezidentləri arasında görüş olub. Təxminən 2 saat davam edən görüş zamanı Bayden və Tramp beynəlxalq və milli təhlükəsizliyin mühüm məsələlərini, ABŞ Konqresinin gündəliyini müzakirə ediblər.
İbrahim Cəfərov