Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Trampın dövründə ABŞ artıq Obamanın dövründə olduğu kimi deyil.
“Məsələn, Frankonun rəhbərliyi ilə İspaniya da Qonzalesin (Baş nazir Filipe - red.) dövründəki İspaniyadan fərqli idi”, - Borel Avropa Parlamentində keçirilən dinləmələrdə deyib.
Bununla belə, o əlavə edib ki, Trampla Franko arasında müəyyən fərq var. Bu, ABŞ vətəndaşlarının birincini seçmələrindədir.
Xatırladaq ki, general Fransisko Franko 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlanmasına səbəb olan çevrilişin təşkilatçıları arasında yer alıb. Onun komandanlıq etdiyi millətçilərin qələbəsindən sonra Franko qurduğu diktatura rejimi ilə 40 il ölkəyə rəhbərlik edib.
İbrahim Cəfərov