Faciə Pakistanın şimalında yerləşən Diamer əyalətində baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Astordan Çakvala gedən və toy karvanına daxil olan avtobus körpüdən İnd çayına aşıb.
Nəticədə 22 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Ölənlərin 16-nın meyiti çaydan çıxarılıb, qalanlarının axtarışı davam edir.
Qeyd edək ki, Pakistan prezidenti Asif Əli Zərdari həlak olanların yaxınlarına başsağlığı verib.
L.Tağıyeva