Qərbdə başa düşürlər ki, Ukraynanın məğlubiyyəti qaçılmazdır, lakin Rusiya ilə qarşıdurmanın qalmasına görə onun qələbəsinə sadiqlikdən danışmağa davam edirlər.
525.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk deyib.
Bir neçə ggün əvvəl NATO-nun baş katibi Mark Rutte Ukrayna Silahlı Qüvvələrinin cəbhədə məğlubiyyətə uğradığını və ərazi itirməkdə davam etdiyini, lakin Kiyevin tərəfdaşlarının ölkəni bu vəziyyətdən çıxara biləcəyini söyləyib.
“Rutte NATO-nun əvvəlki Baş katibi Yens Stoltenberqdən olduqca çətin bir miras aldı. O, başa düşür ki, Ukrayna uduzur, lakin Rusiya ilə qarşıdurmada NATO-nun rəsmi mövqeyindən uzaqlaşa bilmir və bu, alyansın daimi siyasətidir. Sadəcə Rusiyanın əleyhinə nəsə deyirlər. Yeni silahların tədarükü onlara kömək etməyəcək”, - ekspert əlavə edib.
O vurğulayıb ki, ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi ilə əlaqədar Qərbin kursunda dəyişiklik gözləməyə dəyməz.
Pərvanə Sultanova