|
|
|
|
Britaniyalı gənc qız gömrükdən qəribə yolla narkotik maddə keçirmək istəyərkən Los-Anceles Beynəlxalq Hava Limanında saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı Mya Saakva-Mante narkotik maddə olan maye metamfetamini köynəklərə hopduraraq sərhəddən keçirmək istəyib.
Qızın çemodanına baxış keçirən polis onun bu əməlinin üstünü açıb.
Aparılan araşdırmalardan sonra məlum olub ki, britaniyalı Los-Ancelesə 2 günlük gəlibmiş. Buradan isə Avstraliyanın Brisborn şəhərinə sevgilisi ilə görüşməyə getməliymiş.
Ona qarşı irəli sürülən ittihamları rədd edən Mya narkotikdən xəbəri olmadığını, köynəkləri isə mağazadan aldığını iddia edib. Hətta satış çeklərini təqdim edib.
Hər halda polis qızın sözlərinə inanmayaraq işi prokurorluğa göndərib.
Qeyd edək ki, o, narkotik maddələrin qanunsuz saxlanması və yayılması maddələri ilə ittiham olunub və məhkəməyə qədər həbsdə qalacaq.
L.Tağıyeva