|
|
|
|

Estoniyada əhalinin sosial rifahının aşağı düşməsi ölkədə cinayətkarlığın artmasına təkan verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə və rəqəmsal texnologiya naziri Liisa-Li Pakosta bildirib.
Xanım Pakostanın sözlərinə görə, insanların pulsuzluq ucbatından əsasən ərzaq və gündəlik tələbat malları oğurlaması az qala adi hala çevrilib.
Dələduzluq hallarının da sayı nəzərəçarpacaq dərəcədə artıb.
Qeyd edək ki, Estoniyada son 10 ildə cinayətkarlıq xeyli aşağı düşsə də, bu il vəziyyət mənfi yöndə dəyişib. Təkcə ötən illə müqayisədə qanun pozuntusu hallarında 4 faiz artım var.
L.Tağıyeva



