|
|
|
|

Çinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi sülh danışıqlarını təşviq etmək və vəziyyəti yumşaltmaqdan ibarətdir.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Limada Amerika Prezidenti Co Baydenlə görüşündə Çin lideri Si Cinpin deyib.
“Çinin Ukrayna məsələsində mövqeyi və addımları həmişə aydın: vasitəçilik, sülh danışıqlarının təşviqi, sülh səyləri və vəziyyəti yumşaltmaq istiqamətində gərgin iş”, - Çin lideri vurğulayıb.



