https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Önder Karaveli "Qarabağ"ı ziyarət etdi

Önder Karaveli "Qarabağ"ı ziyarət etdi

"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli klubun bazasını ziyarət edib.

525.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyəli mütəxəssis klubun baş direktoru Emrah Çelikellə görüşüb. Ona "Qarabağ"ın formasını hədiyyə edilib. Türkiyənin bir sıra klublarında, o cümlədən “Beşiktaş” və “Trabzonspor”da çalışmış mütəxəssis fikirlərini "Qarabağ"ın rəsmi saytına açıqlayıb:

“Türkiyədə yaşasam da, özümü hər zaman "Qarabağ" ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. “Qarabağ”da çox gözəl günlər keçirmişəm. O zamandan bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, “Qarabağ”ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğum üçün çox şadam. “Qarabağ”ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır. Qurban Qurbanova böyük hörmətim var. Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. “Qarabağ”ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, “Qarabağ” hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, öz təşkilatçılığı, idarəçiliyi, öz əsas komandası ilə nümunə sayılan “Qarabağ”in bunun lokomotivi olacağını düşünürəm”.

Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər "Qarabağ"da çalışıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.