https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

“Elə düşünürlər ki, Türkiyədə “Qalarasaray”dan başqa klub yoxdur” - Acun

“Elə düşünürlər ki, Türkiyədə “Qalarasaray”dan başqa klub yoxdur” -  Acun

"Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı Türkiyə Superliqasının 14-cü turunda "Qaziantep"lə matçdan (3:1) sonra verdiyi açıqlamalarla gündəmə gəlib.

525.az xəbər verir ki, o, "Qalatasaray" - "Eyüpspor" oyunundakı (2:2) hakim idarəçiliyini tənqid edib: 

"Rəqibimizin böyük reaksiyaları, etirazları var. Bu məsələni başa düşməkdə çətinlik çəkirik. Təəccüb içindəyik. "Qalatasaray" rəhbərliyindən biri demişdi ki, hakimlər bizə qarşı səhvə yol verirlər. Əcnəbi hakim gətirdik, rəqibimiz yoxa çıxdı. Çünki öz hakimlərini gətirəcəklərdi. Bir anda yoxa çıxdılar.

Niyə yox olduqları sizə maraqlıdırsa, dünənə baxa bilərsiniz. Təəssüflər olsun, "Qalatasaray" rəhbərliyi elə düşünür ki, Türkiyədə “Qalarasaray”dan başqa klub yoxdur. "Qalatasaray" - "Eyüpspor" oyununa baxsanız, ağlasığmaz səhvlərlə idarə edilən bir matç görərsiniz. Bəs "Qalatasaray"ın əleyhinə səhv var idimi? Var idi. Amma "Qalatasaray" 10 nəfərlə qalmalı idi. Rəqibin penaltisini verməyiblər. Siz elə bilirsiniz ki, başqa klub yoxdur? "Eyüpspor"un haqqını yemədinizmi?

Oyun cədvəli ilə bağlı da etirazlar edirsiniz. Siz hər şeyi bir-birinə qatırsınız. Hakim gözünün qarşısında olan epizodu görmədi. Buradan səslənirik! Bu quruluşu dağıdacağıq, ədalətsizliyi məhv edəcəyik. Bir-birimizdən yapışacağıq və davam edəcəyik. Biz çempion olmaq üçün bu yola baş qoymuşuq. Allah icazə versə, bu il nələr olacağını görəcəyik". 

Qeyd edək ki, hazırda Superliqanın turnir cədvəlinə 35 xalla "Qalatasaray" (13 oyun)  liderlik edir. "Fənərbaxça" isə (13 oyun) 32 xalla 2-cidir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.