https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Naxçıvanda seleksiya məşqləri keçirilib

Naxçıvanda seleksiya məşqləri keçirilib

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya günü təşkil olunub.

525.az xəbər verir ki, məşqlərdə Muxtar respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirak edib. Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıblar. Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan” PFK-nın akademiyasında çalışan futbol məşqçiləri potensiallı və perspektivli futbolçuları müəyyən ediblər. Seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb olunacaqlar. İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan” PFK-nın akademiyasına qəbul olunacaqlar.

Qeyd edək ki, bu seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq. Növbəti məşqdə qapıçılarla bağlı seçim ediləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.