https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Qarabağ"lını transfer etmək istəyən klubun adı burada

"Qarabağ"lını transfer etmək istəyən klubun adı burada

"Qarabağ"ın hücumçusu Redon Cicanın qış transfer pəncərəsində ölkəsinə qayıda biləcəyinə dair növbəti xəbərlər yayılıb.

Albaniyanın "Panorama" nəşri "Partizani" klubunun 26 yaşlı hücumçunu heyətinə cəlb etmək istədiyini yazıb. "Partizani" hazırda Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.

Qeyd edilir ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən "Partizani" hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.

Qeyd edək ki, Cica bugünlərdə Albaniya mətbuatına verdiyi müsahibədə "Qarabağ"da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda vətəni Albaniyaya qayıdacağını istisna etməyib.

Cica bu mövsüm "Qarabağ"da bütün turnirlərdə cəmi 10 oyunda meydana çıxıb və 3 qol vurub. (QOL.az)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.