https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Samir Abasov rəhbərlik və transfer planlarından danışdı

Samir Abasov rəhbərlik və transfer planlarından danışdı

"Futbolçulara təşəkkür edirəm. Göstərdikləri oyun və meydanda olan nizam-intizam bu cür matçlarda önəmlidir".

QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, oyunla bağlı fikirlərini bölüşüb: "Xoş olan odur ki, oyunçularımız əzmkarlıq göstərdilər. Buna ehtiyacımız var. Baxmayaraq ki, 1-ci liqa komandasına qarşı oynayırdıq, biz öz adımızı təmsil edirik və onu qorumalıyıq. Futbolçularımdan razı qaldım. İnşallah, belə də davam edəcəyik". 

Mütəxəssis transfer planları haqda da danışıb: "Nə edəcəyimiz və gələcək planlar haqda düşünürük. Bu gün həmin düşüncələrin içində göndərilməli olan oyunçular yoxdur. Əksinə gətirə biləcəyimiz futbolçular haqda düşünürük. Rəhbərlik sağ olsun ki, o qədər dəstəklə yanımızdadırlar ki, hər verdiyimiz qərarın arxasındadırlar. Ona gönə hazırda fikrimiz yoxdur ki, kimisə göndərək və onun yerinə digərini gətirək.

Sırf bəzi mövqelər var ki, mənə görə problemli sayılır. Qıraqdan görünə bilər ki, həmin mövqelərdə kifayət qədər oyunçular var, amma mənim görmək istədiyim tipli deyillər. Daim axtarışdayıq. İşimizin çox hissəsini buna yönəltmişik. Hamımız bilirik ki, qışda bunu etmək çətindir. Amma inanıram, bacaracağıq. Göndərə biləcəyimiz futbolçulara gəldikdə, bəzilərinin uzunmüddətli müqavilələri var, ona görə də bu məsələyə köklənməmişik. Bu gün bu, prioritet deyil. İşimiz sırf oyunçu gətirməyə yönəlib. Xoşdur ki, işlərimdə dəstək görürəm". 

S. Abasov "Azərbaycan kubokunda "Neftçi"nin səbətində nə "Qarabağ" var, nə "Zirə" fikrinə münasibət bildirib: "Bizim düşdüyümüz vəziyyət elədir ki, rəqibləri bölə bilmirik. Reallıq budur ki, 9 komandadan heç biri "Qarabağ"la qarşılaşmaq istəməz. Açığı danışsaq belədir. Heç kim onlarla bir səbətdə də olmaq istəməz. Amma bizim vəziyyətimiz elədir ki, ancaq yaxşılaşmağı düşünürük.

Sevindirici məqam odur ki, digər kubok oyunları biraz gec olacaq. O vaxta qədər yaxşı işlər görə bilərik. Onu da prioritet kimi saxlamışıq, çünki Avropaya getməyin yollarından biridir. Bugünkü vəziyyətdə ən əlverişli yollardan biridir. Amma hazırda bizim üçün bütün rəqiblər çətindir. Onları bölə bilmərik". 

O, qış təlim-məşq toplanışına nəzərdə tutulan planlar haqda söz açıb: "Xaricə getmək haqda düşünmürük. Bir şey dəyişməsə, qəti qərarımızdır ki, getməyəcəyik. Planları çoxdan qurmuşduq. Düşünürük ki, lazımlı olan hər şeyimiz var. Bazamız, meydançalarımız yaxşı vəziyyətdədir. Getdiyimiz yerlərdən heç də geri qalmırıq. Ona görə burada yığışıb məşqlərimizi keçirəcəyik və mümkün olsa yoldaşlıq görüşləri keçirəcəyik. Proqramımız buna köklənir". 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.