https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Komandada ruh düşkünlüyü yaranmır" - Ayxan Abbasov

"Komandada ruh düşkünlüyü yaranmır" - Ayxan Abbasov


"Maraqlı oyun oldu. İlk standart vəziyyətdən qol buraxdıq. Bundan sonra ucuz səhvdən hesab 0:2 oldu". 

QOL.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, oyunla bağlı fikirlərini bölüşüb: "Dönüş etmək istədik. Epizodlar da oldu. Birinci hissədə qol vura bildik. İkinci hissədə də epizodlar oldu. Rəqibin 3-cü qolu təsadüfən alındı. Amma, əlbəttə ki, "Zirə"ni təbrik edirəm. Əsas fikrimizi çempionata yönəltməliyik.

Futbolçuların performansı, oyunun dinamikası xoşuma gəldi. Müdafiədə səhvləri azaltsaq, nəticələr gələcək. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Buna inanırıq. Məğlubiyyətlər olanda komandada ruh düşkünlüyü yaranmır. Çempionatın sonuna qədər mübarizə gedəcək. Komandanın potensialı ümid verir. İnşallah ki, bu il Premyer Liqada yerimizi qoruyacağıq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.