https://525.az/img/pics/medium/2025-01/340629_9j3v1qqvjs.png O maşını kim sürürdü? - 17 yaşı var imiş
https://525.az/img/pics/medium/2025-01/340623_kamn2hph4a.jpg Qəzzada planlaşdırılan atəşkəs təxirə salındı
https://525.az/img/pics/medium/2025-01/340603_6q6e5i9u1w.jpg Ən vacib günah haqqında - Rə­van Cavid yazır
https://525.az/img/pics/medium/2025-01/340605_qnb9kzwusu.jpg Abdolbari Gözəl vəfat etdi
search
19 Yanvar 2025
18 Yanvar 2025

"Yuventus"dan Kenan Yıldız açıqlaması

"Yuventus"dan Kenan Yıldız açıqlaması

"Yuventus"un marketinq direktoru Mayk Armstronq komandanın türkiyəli hücumçusu Kenan Yıldız haqda danışıb.

QOL.az xəbər verir ki, klub rəsmisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya Futbol Sammitində çıxış edərkən gənc futbolçunun "Yuventus" üçün çox vacib oyunçu olduğunu bildirib:

"Klubumuz ona 10 nömrəli formanı layiq gördü. Bu, ona və onun potensialına verdiyimiz dəyərdir. Kənanla bağlı uzunmüddətli planlarımız var. Onun inkişafına mümkün qədər dəstək verməyə çalışırıq. Çox gənc olduğu üçün ona çox təzyiq etmək istəmirik. Çox istedadlı oyunçudur. Kenan gələcəkdə kluba daha da uyğunlaşacaq”.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm A seriyasında 14 matçda 3, Çempionlar Liqasında isə 5 matçda 1 qol vurub. 19 yaşlı futbolçu İtaliyanın idman qəzetlərindən olan "Tuttosport"un təsis etdiyi "Golden Boy Web" mükafatını da qazanıb. Onun Turin klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.