İngiltərə və Uelsdə valideynlər yeni doğulmuş oğlan uşaqlarına ən çox Məhəmməd adını qoyur.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Ötən il bu ölkələrdə təxmini 4600 uşaq Məhəmməd adlandırılıb. Bu, 2022-ci illə müqayisədə 500 vahid çoxdur.
İnişil ən populyar olan Noy adında isə azalma müşahidə olunub. Belə ki, 2022-ci ildə 4586 uşağa Noy adı verilmişdirsə, keçən il bu rəqəm 4382 olub.
Yeri gəlmişkən, bir vaxtlar çox populyar olan Oliver adında da düşmə var. Hazırda Oliver İngiltərə və Uelsdə 3-cü ən populyar addır.
Qeyd edək ki, sözügedən ölkələrdə ən populyar qız adı artıq 8-ci ildir ki, liderliyini saxlayan Oliviyadır. Ameliya və Ayla müvafiq olaraq, 2-ci və 3-cü yerdədir.
L.Tağıyeva