https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Futbola yeni qayda gətirilir

Futbola yeni qayda gətirilir

Futbol qaydalarında yeni dəyişilik tətbiq ediləcəyi gözlənilir.

QOL.az xəbər verir ki, qayda qapıçılara münasibəti nəzərdə tutur. İngiltərə mətbuatının yazdığına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) qapıçının topu 8 saniyədən çox saxladığı təqdirdə hakimin künc zərbəsi təyin etməsi qaydasını nəzərdən keçirir. 

Mövcud qaydalara görə, hazırda belə vəziyyətdə hakimin sərbəst zərbə təyin etmək hüququ var.

Xarici KİV-lərin yazdığına görə, bu yenilik ilk dəfə Malta liqasında sınaqdan keçirilib. Yaxın vaxtlarda onun 20 yaşadək futbolçular arasında İtaliya çempionatında da test edilməsi nəzərdə tutulur. Lakin orada künc zərbəsi əvəzinə rəqibə topu autdan oyuna daxil etmək hüququ veriləcək. Testlər uğurlu olarsa, yeni qaydalar digər yarışlara da şamil ediləcək.

İBAF-ın İdarə Heyətinin üzvü, İrlandiya Futbol Federasiyasının baş katibi Patrik Nelson "The Times" nəşrinə bildirib ki, Maltada tətbiq edilən sınaqlar zamanı küncdən zərbə hallarına rast gəlinməyib. "Qapıçılar topu 796 dəfə nəzarətdə saxladığı epizodda bir dəfə də olsun 8-ci saniyəlik limiti aşmayıblar" - deyə o qeyd edib.

İBAF rəsmisinin fikrincə, qapıçı topu 8 saniyədən çox saxladığına görə qolla nəticələnən küncdən zərbəyə və auta səbəb olarsa, bu halda məşqçinin qınağına tuş gələcək. "Bu isə gələcək matçlarda onun oyun davranışını dəyişəcək" - deyə Patrik Nelson bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.