Türkiyənin keçmiş xarici işləri naziri Feridun Siniroğlu ATƏT-in yeni baş katibi olub.
525.az xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri Yan Borq məlumat verib.
Təyinat ATƏT rəhbərliyinin yenilənməsi çərçivəsində baş tutub.
“ATƏT-in yeni liderlərini təbrik edirəm”, - deyə Borq X sosial şəbəkəsində yazıb.
ATƏT rəhbərliyin yenilənməsi çərçivəsində digər mühüm vəzifələrə də təyinatlar reallaşıb. Yunanıstandan Mariya Telalyan təşkilatın direktoru, niderlandlı Kristof Kamp ATƏT-in milli azlıqlar üzrə ali komissarı, norveçli Yan Braatu isə təşkilatın media azadlığı üzrə nümayəndəsi olub.
Xatırladaq ki, Feridun Siniroğlu 2015-ci ilin 28 avqustundan həmin ilin 24 noyabrına qədər Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.
İbrahim Cəfərov