https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Qurban Qurbanov: "Elfsborq"la oyunda çox güc sərf etməli olacağıq"

Qurban Qurbanov: "Elfsborq"la oyunda çox güc sərf etməli olacağıq"

Sabahkı görüşdə çox güc sərf etməli olacağıq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:

"Hər iki komanda üçün vacib qarşılaşmadır. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın "Qarabağ"la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər.

Xüsusi ilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Sabahkı qarşılaşmaya tam olmasa da, hazırıq”.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. ("Report")

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.