https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Barselona" və "Real"ın əfsanələri yoldaşlıq matçı keçirib

"Barselona" və "Real"ın əfsanələri yoldaşlıq matçı keçirib

İspaniyanın "Barselona" və "Real" klublarının əfsanələri bu gün Yaponiyanın paytaxtı Tokioda yoldaşlıq matçı keçirib.

525.az "Report"a istinadən xəbər verir ki, İspaniya yığmasının və kataloniya klubunun sabiq futbolçusu Andres İnyestanın şərəfinə keçirilən görüş "Barselona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"El-Klasiko"da "Barselona"nın heyətində 31-ci dəqiqədə Xavyer Saviola fərqlənib. Digər qolları isə "Real"ın futbolçuları vurub. Xavyer Balboa 78-ci dəqiqədə hesabı bərabərləşdirsə də, Fernando Sans əlavə olunmuş dəqiqələrdə avtoqol müəllifi olub. Qələbə qolunda İnyesta da iştirak edib. Məhz onun ötürməsindən sonra qapıçının əlinə dəyib tirdən qayıdan topu F.Sans öz qapısından keçirib.

Qeyd edək ki, A.İnyestanın vida matçında Xavi, Qaiska Mendieta, Rivaldo, İker Kasilyas, Roberto Karlos, Fabio Kannavaro, Stiv Makmanaman, Lüdovik Jüli kimi keçmiş futbolçular oynayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.