https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"İsveç çalışacaq ki, Bakıda məğlubiyyətin əvəzini çıxsın"

"İsveç çalışacaq ki, Bakıda məğlubiyyətin əvəzini çıxsın"

Sabah Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayacaq.

QOL.az xəbər verir ki, final mərhələsinə gedən yolda komandamız İsveçlə gücünü sınayacaq.

Azərbaycan millisinin təcrübəli üzvü Tofiq Mikayılov sözügedən görüş haqqında danışıb. O, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında oyuna yaxşı hazırlaşdıqlarını deyib: 

“Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədərə də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Biz oyunçular da məsuliyyətimizi dərk edirik. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.

Futzalçı rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib: “İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşə komnada olaraq birgə baxdıq. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunu əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.

T. Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı danışıb: “Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıb. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq.

Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər.  Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - İsveç matçı saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.