https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Dopinq qəbul etməkdə ittiham olunan Mudriklə bağlı ilk qərar verildi

Dopinq qəbul etməkdə ittiham olunan Mudriklə bağlı ilk qərar verildi

Ukrayna millisinin və "Çelsi"nin dopinq qəbul etməkdə ittiham olunan yarımmüdafiəçisi Mixail Mudriklə bağlı ilk qərar verilib. 

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. İngiltərə Futbol Assosiasiyası Mudriki müvəqqəti olaraq futboldan kənarlaşdırıb.

Daha əvvəl də xəbər verdiyimiz kimi, 23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib. Onun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə isə "B" nümunəsinin nəticəsi açıqlanacaq.

Son testin nəticəsinə əsasən, futbolçu haqda yekun qərar veriləcək. Ukrayna mətbuatında Mudrikin 4 il müddətinə futboldan uzaqlaşdırılacağı haqda məlumatlar yayılıb.

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın rəqibidir. Mudrik isə millinin aparıcı üzvlərindən biridir. Bu isə o deməkdir ki, Ukrayna yığması Azərbaycan və digər rəqibləri ilə görüşdə Murdikin xidmətindən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.

Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.