https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

“Qarabağ”ın Juninyosu İspaniyanın məşhur klubunun hədəfində

“Qarabağ”ın Juninyosu İspaniyanın məşhur klubunun hədəfində

"Sevilya” “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə maraqlanır.

QOL.az xəbər verir ki, bu haqda İspaniyanın eldesmarque.com saytı məlumat yayıb. Bildirilir ki, La Liqa təmsilçisi Keleçi İxeanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Buna səbəb nigeriyalı hücumçunun ümidləri doğrultmamasıdır.

Onun əvəzləyicisi kimi məhz Juninyo seçilib. “Kope Sevilya”nın yazdığına görə, klubun idman direktoru Viktor Orta Juninyonu hücum xəttini gücləndirəcək futbolçu kimi görür. Onun mümkün transferi baş məşqçi Xavyer Qarsiya Pimiento ilə də razılaşdırılmalıdır.

Lakin o da qeyd edilir ki, “Qarabağ” 2026-cı ilin yayında müqaviləsi başa çatacaq hücumçusunu buraxmaq fikrində deyil. Bildirilir ki, Transfermarkt saytının dəyərləndirməsinə görə, Juninyonun qiyməti 2 milyon avrodur. Bu isə maliyyə problemləri olan “Sevilya” üçün uyğun rəqəmdir. Amma əgər İxeanaço klubdan gedərsə, “Sevilya” Juninyonun transferinin baş tutması üçün məbləği artıra da bilər.

“AS” nəşrinin “Zona Mixta”ya istinadən yaydığı xəbərə görə isə “Sevilya”nın baş məşqçisi Juninyonu keçidinə razılıq verib. Bununla belə, nəşr yazıb ki, “Qarabağ”la razılığa gəlmək çətin olacaq. 

Həmçinin bu transfer üçün 5 milyon avro təzminat tələb ediləcəyi də iddia edilib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.