https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Azərbaycan millisindən FİFA-nın “The Best” mükafatında səslər kimə verildi?

Azərbaycan millisindən FİFA-nın “The Best” mükafatında səslər kimə verildi?

FİFA-nın 2024-cü il üçün “The Best” mükafatı üçün Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş səsvermədə 1-ci yerə İspaniya millisi və “Barselona”nın futbolçusu Lamin Yamalı layiq görüb. O, ikinci yer üçün Vinisius Juniora (Braziliya millisi, “Real” Madrid), üçüncü yer üçünsə Rodriyə (İspaniya millisi, “Mançester Siti”) səs verib.

Azərbaycan millisinin kapitanı Bədavi Hüseynovun seçimi isə belə olub: 1.  Vinisius Junior, 2. Rodri, 3. Dani Karvahal (İspaniya millisi, “Real). 

Qeyd edək ki, səsvermənin yekununa əsasən, Vinisius Junior birinci (48 xal), Rodri ikinci (43 xal), İngiltərə millisi və “Real”ın futbolçusu Cud Bellingem (37) isə üçüncü yeri tutub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.