https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb

Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb

Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.

525.az-a Üzgüçülük Federasiyasından verilən məlumata görə, idmançı həmçinin yarışın ən yaxşısı seçilib.

14 yaşlı idmançı turnirdə 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olub. O, həmçinin brass üsulunda 100 və 200 metr məsafələrdə də birinci olub.

Bundan başqa Y.Maynitskiy 200 metr məsəfəni qarışıq üsulda da hamıdan birinci finişə çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan üzgüçü 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda isə ikinci olub.

50 metr məsafəni kəpənək üsulda üzən idmançı üçüncü olub.

Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. O, öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.

Qeyd edək ki, turnir dekabrın 14-16-sı aralığında keçirilib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.