
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə paralimpiya çempionları ilə görüş keçirilib.
525.az-a Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən verilən məlumata görə, universitetdə təşkil olunan görüşün fəxri qonaqları ikiqat paralimpiya çempionu, beşqat paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş MPK-nın vitse-prezidenti İlham Zəkiyev və ikiqat paralimpiya, dördqat dünya çempionu, “Şöhrət” ordenli idmançı Lamiyə Vəliyeva olub.
Tədbir zamanı çempionlar öz uğur hekayələrindən ətraflı bəhs edib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıblar.



