https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Azərbaycanın futbol komandası Avropa reytinqində sonuncudur

Azərbaycanın futbol komandası Avropa reytinqində sonuncudur

UEFA qadınlardan ibarət futbol komandalarının reytinq cədvəlini yeniləyib. Siyahıda Azərbaycan 1 komanda ilə ürək açmayan mövqedə qərarlaşıb. 

QOL.az xəbər verir ki, reytinqə "Barselona" liderlik edir. Kataloniya təmsilçisinin aktivində 126,599 xal var. "Lion" 2-ci, "Çelsi" 3-cüdür. 

Reytinqdə təmsil olunan Azərbaycanın yeganə qadın komandası "Neftçi" isə sonuncu - 121-ci yerdədir.

"Neftçi" bu il mübarizə apardığı Çempionlar Liqasının təsnifat mərhələsində “Sankt-Pölten” (Avstriya) və “Lançxuti”yə (Gürcüstan) uduzaraq mübarizəni erkən başa vurub.

İlk "10-luq" aşağıdakı kimidir:

1. “Barselona” (İspaniya) — 126,599 xal

2. “Lion” (Fransa) — 110,199 xal

3. “Çelsi” (İngiltərə) — 102,833 xal

4. “Bavariya” (Almaniya) — 88,266 xal

5. PSJ (Fransa) — 82,197 xal

6. "Volfsburq" (Almaniya) - 81,266 xal

7. "Arsenal" (İngiltərə) — 59,833 xal

8. "Real" (İspaniya) — 53,599 xal

9. "Mançester Siti" (İngiltərə) — 47,833 xal

10. "Yuventus" (İtaliya) — 46,600 xal

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.