https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Qarabağ"ın futbolçusu daha bir klubun transfer siyahısında

"Qarabağ"ın futbolçusu daha bir klubun transfer siyahısında

"Qarabağ"ın futbolçusu Redon Cicanı heyətinə qatmaq istəyən klubların sayı get-gedə artır.

QOL.az xəbər verir ki, Albaniyanın daha bir klubu 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə balkanweb.com məlumat yayıb.

Cicanın xidmətində "Eqnatiya" klubu maraqlıdır. Xəbərdə bildirilib ki, "Eqnatiya"nın qarşıdan gələn qış transfer pəncərəsində almaq istədiyi futbolçulardan biri də Redon Cicadır. Bu komanda hazırda ölkə çempionatında 3-cü yerdədir. 

Daha əvvəl isə "Partizani"nin hücumçunu heyətinə cəlb etmək istədiyini yazılmışdı. "Partizani" indi Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.

Qeyd olunmuşdu ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən "Partizani" hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.

Qeyd edək ki, Cica bu ay Albaniya mətbuatına verdiyi müsahibədə "Qarabağ"da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda vətəni Albaniyaya qayıdacağını istisna etməyib.

O, bu mövsüm "Qarabağ"da bütün turnirlərdə cəmi 13 oyunda meydana çıxıb və 4 qol vurub. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.