https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Rəşad İlyasov millət vəkilinin mahnısını oxudu

Rəşad İlyasov millət vəkilinin mahnısını oxudu
Müğənni Rəşad İlyasov sözləri millət vəkili Qənirə Paşaevaya, musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsus “Sənsizlik” adlı mahnını ifa edib.
 
Bu barədə Lent.az-a bəstəkar S.Tofiqqızı məlumat verərək bildirib ki, bu Q.Paşayeva ilə həyata keçirdiyi ilk iş bəstə deyil:

“Onunla iş birliyim davam edir. Bu dəfə ikimizin ərsəyə gətirdiyimiz bəstəni müğənni Rəşad İlyasov oxudu. İnanıram ki, bu mahnı dinləyicilər tərəfindən çox bəyəniləcək. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 9-cu mahnıdır. Hələ bundan sonra işbirliyimiz davam edəcək”.
 
Müğənni R.İlyasov isə ifa etdiyi mahnı barədə fikirlərini bölüşüb: “Sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına məxsus olan mahnını oxumaq təklifi gələndə məmnuniyyətlə qəbul etdim. İnanıram ki, bu ifam dinləyicilər tərəfindən bəyəniləcək”.
 
Qeyd edək ki, mahnının bekvoklarını müğənni Leyla Babayeva, aranjemanını isə Osman Həmidov edib.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.