"Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı ciddi mübarizə, uğurlu əməliyyatlar həyata keçirilir. Amma son zamanlar məişət səviyyəsində cinayətkarlıq hallarının sayı artıb".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə səsləndirib. O bildirib ki, bunun yeganə səbəbi sosial və mədəni islahatlarla bağlıdır:" Buna görə də bölgələrdə idman, kütləvi, mənəvi xarakterli tədbirlərin artırılmasına ciddi ehtiyac var. Əgər bu artırılsa, məişət sahəsində cinayətlərin azalmasına gətirib çıxara bilər. Bu tədbirlərin həyata keçirilməsi üçün vəsait ayrılmalıdır. Eyni zamanda Gənclər və İdman Nazirliyinin davamlı fəaliyyət göstərən qış və yay düşərgələrinin yaradılması hökumətinin diqqətində olunmalıdır".
Ə.Hüseynli həmçinin bildirib ki, xaricdə təhsilə göndərilənlərlə bağlı ciddi nəticələr var:" Mənə elə gəlir ki, burada taktikanı dəyişmək olar. Xaricdən müəllimlərin Azərbaycana dəvət edilməsi daha effektli olar. Bununla prosesin kütləviliyini təmin edə bilərik. Minlərlə insanlar bundan bəhrə ala bilər".
KAMİL