https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Milad bayramında məşq keçən klub cərimələnib

Milad bayramında məşq keçən klub cərimələnib

ABŞ-nin Milli Hokkey Liqası (NHL) Milad bayramında məşq keçən "Dallas" klubunu 100 min dollar cərimələyib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə NHL-in mətbuat xidməti məlumat yayıb.

Dekabrın 28-də baş tutan "Minnesota" ilə matçdan (2:3 OT) əvvəl "Dallas"ın baş məşqçisi Piter Debur komandaya əlavə məşq keçdiyini qeyd edib. NHL-in Kollektiv Sövdələşmə Sazişinə (CBA) əsasən Milad bayramı dövründə məşqlərin və oyunların keçirilməsi, həmçinin uçuşların, səfərlərin təşkili qadağandır. Liqada dekabrın 25 və 27-si aralığında matçlar oynanılmır.

2022-ci ildə "Toronto" komandası bayram vaxtı uçuş həyata keçirdiyi üçün 100 min dollar cərimələnmişdi. Həmçinin 2015-ci ildə "Filadelfiya" "Naşvill"lə matçdan əvvəl təyyarə ilə səfər etdikləri üçün eyni məbləğdə cəriməyə məruz qalmışdı.

Qeyd edək ki, "Dallas" klubu 35 oyundan sonra 43 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.