https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Ronaldo "Əl-Nəsr"dən ayrılır?

Ronaldo "Əl-Nəsr"dən ayrılır?


Mövsümün sonunda "Əl-Nəsr"lə müqaviləsi başa çatacaq Kriştiano Ronaldo hələ ki, yeni sözləşmə imzalamağa tələsmir.

QOL.az xəbər verir ki, bu durum portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanı klubundan ayrıla biləcəyi ehtimalını yaradır.

"Mirror"un yaydığı xəbərə görə, 39 yaşlı futbolçu özünü başqa bir çempionatda yoxlamaq və yeni səhifə açmaq istəyir. Məhz bu səbəbdən onun yeni müqavilə bağlamaq istəmədiyi bildirilir.

"Marca" isə Ronaldonun "Əl-Nəsr"də kubok qazanmaq istədiyini və hələlik klubu tərk etmək fikrində olmadığını yazıb.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında "Əl-Nəsr"də çıxış edən Ronaldo bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 16 qol vurub və 3 qol ötürməsi edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.