Təsəvvür edin ki, bir vaxtlar Azərbaycanda dönər bişirənlər belə yox idi, bununla bağlı qardaş Türkiyədən Azərbaycana dönər bişirənlər gəlirdi.
Bunu parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli noyabrın 21-də Milli Məclisdə (MM) TÜRKPA-nın üzv ölkələrinin sosial siyasət komitələrinin 2-ci birgə toplantısında “TÜRKPA üzvü ölkələrinin miqrasiya problemləri və imkanları” mövsunda dinləmələr zamanı dilə gətirib. “Həmçinin, Azərbaycanın tikinti sektorunda, tikinti şirkətlərində çalışanların çoxu Türkiyədən olan insanlar, mütəxəssislər, miqrantlar idi.
Bunun özünün də Azərbaycanın tikinti sektorunun inkişafına çox böyük müsbət təsirləri oldu. Bunun nəticəsində Azərbaycan tikinti sektoru böyük inkişaf yoluna qədəm qoydu. Ancaq son illər bu sahədə və digər sahələrdə öz mütəxəssislərimiz yetişib və qardaş Türkiyədən bununla bağlı Azərbaycana gələn miqrantların sayı azalmaqdadır”.
Kamil HƏMZƏOĞLU