|
|
|
|
Rusiya prezidenti Vladimir Putin yanvarın 17-də Moskvada rəsmi səfərdə olacaq İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.
525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, ticarət-sərmayə, nəqliyyat-logistika, humanitar sahələrdə, o cümlədən regional və beynəlxalq gündəlikdəki aktual məsələlər müzakirə olunacaq”, - məlumatda deyilir.
Putin və Pezeşkian Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaqlar.
Pərvanə Sultanova