|
|
|
|
İran Prezidenti Məsud Pezeşkian yanvarın 15-də Tacikistana səfər edəcək.
525.az bu barədə APA-ya istinadən xəbər verir.
Bildirilib ki, səfər çərçivəsində Tacikistan Respublikası ilə İran İslam Respublikası arasında yüksək səviyyəli görüşlər aparılacaq.
Eləcə də ikitərəfli əməkdaşlığa dair geniş spektrli məsələlər müzakirə olunacaq.