|
|
|
|
İsrail və HƏMAS arasında bu gün elan edilə biləcək atəşkəs sazişinin şərtləri razılaşdırılır.
525.az “Report” a istinadən xəbər verir ki, bunu ərəb və İsrail rəsmiləri bildiriblər.
"Bu, ən azından Qəzza zolağında döyüş əməliyyatlarını dayandıracaq və bəzi girovların azad edilməsinə gətirib çıxaracaq", - nəşr qeyd edir.
Tərəflər sazişin əsas maddələrini razılaşdırıblar, lakin hələ də bəzi hissələr üzərində işləyirlər.
İstənilən saziş İsrailin təhlükəsizlik kabineti və hökumət tərəfindən təsdiqlənməlidir. Nəşr vurğulayıb ki, tərəflər ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl saziş bağlamağa çalışırlar.