|
|
|
|

Xorvatiyada prezident seçkilərinin ikinci turu üçün səsvermə keçirilib və exit-poll nəticələrinə əsasən, Sosial Demokrat Partiyasının dəstəklədiyi hazırkı prezident Zoran Milanoviç qalib gəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Balkan ölkəsi Xorvatiyada vətəndaşlar 8-ci dəfə prezident seçkilərində iştirak ediblər.
Exit-poll nəticələrinə görə, Zoran Milanoviç 77 faizdən çox səs toplayaraq ikinci dəfə prezident seçilib.
Milanoviç sosial media hesabında paylaşım edərək qələbəsini elan edib və ona dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.
Milanoviçin əsas rəqibi, iqtidar sağ mərkəzçi Xorvatiya Demokratik İttifaqının nümayəndəsi və keçmiş təhsil naziri Draqan Primorac isə exit-poll nəticələrinə görə 22 faiz səs toplayıb.
Malik Atilay



