|
|
|
|

“Donald Tramp istəyini ifadə edəcəyi təqdirdə, İran sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqları bərpa etməyə hazırdır”.
525.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi SNN kanalının efirində deyib.
“İran əvvəlki kimi, sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlamağa və ya bərpa etməyə hazırdır. Əgər qarşı tərəf belə bir istək ifadə edərsə, o zaman danışıqlar mütləq baş tutacaq”, - deyə Qaribabadi Trampla dialoqa başlamaq ehtimalı haqqında suala cavabında bildirib.
İbrahim Cəfərov



