|
|
|
|
Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzi (KSrelief) Mali və Pakistanda ehtiyacı olan insanlara ərzaq yardımı göstərib.
525.az ərəb mətbuatına istinadən xəbər verir ki, Malinin Koulikoro bölgəsində builki Ərzaq Təhlükəsizliyinə Dəstək Layihəsi çərçivəsində məcburi köçkünlər və əlillər də daxil olmaqla həssas qruplara fayda verən təxminən 500 bağlama paylanıb.
Bu arada, Pakistanda Sind əyalətinin Dadu və Sanqar rayonlarına və Hayber Paxtunxva əyalətinin Torqar bölgəsinə daha 1450 ərzaq bağlaması verilib.
Pərvanə Sultanova