|
|
|
|
Gecə saatlarında Mərakeşin şimalında 5,1 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 150 min əhalisi olan Əl-Ksar-əl-Kəbir şəhərindən 26 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, dağıntılar və tələfat barədə məlumat yoxdur.
L.Tağıyeva