|
|
|
|
“Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi davam etdirməlidir. Kiyev bu işdə Avropaya arxalana bilər”.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
O, Paris təhlükəsizlik sammitinin Avropa üçün çətin vəziyyətdə zəruri, düzgün və qeyri-rəsmi fikir mübadiləsi olduğunu vurğulayıb.
Şoltsun sözlərinə görə, Ukrayna Aİ-nin dəstəyinə arxalanmalı və güvənməlidir.
Almaniya kansleri əlavə edib ki, Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları alqışlayır. Lakin bu prosesdə əsas odur ki, Kiyevin qarşısına sülh qoyulmasın.
Şolts sonda vurğulayıb ki, bu kontekstdə Ukrayna prezidenti ilə Avropanın hərəkətləri çox sıx əlaqələndirilir.
İbrahim Cəfərov