|
|
|
|
AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun qarşısında AMEA-nın və onun Gəncə Bölməsinin tarixçəsi və elmi nailiyyətlərini əks etdirən sərgi təşkil olununub.
525.az xəbər verir ki, stendlərdə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Gəncənin intibah və inkişafındakı tarixi rolu, respublikamızın ikinci şəhərində elmin yüksəlişinə göstərdikləri diqqət və qayğını əks etdirən sənədlər, xüsusən bu mövzularda Gəncə Bölməsində nəşr edilmiş monoqrafiya və digər kitablar, Bölmənin alim və tədqiqatçıları tərəfindən ərsəyə gətirilmiş əsərlər də nümayiş olunub.Adı Gəncə ilə bağlı olan görkəmli alimlərimiz və onların elmimizə verdiyi töhfələr də sərgidə geniş əksini tapıb.
Sərgiyə baxışdan sonra konfransın açılışı olub və işçi iclasları başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçıları “AMEA - 80, Gəncə Bölməsi – 44” mövzusunda videofilmi izləyiblər.
Konfransda açılış nitqi ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Akademik Fuad Əliyev çıxışında həmçinin Gəncə və bölgədəki tədqiqatların istiqamətləri haqda danışıb, eləcə də elmi-tədqiqat ocaqlarının perspektivli gənclərə söykənən kadr ehtiyatı bazasının davamlılığı məsələsinin vacibliyinə toxunub.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov çıxışında bu mötəbər elmi forumun iştirakçılarına şəhər rəhbəri Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb. O, respublikamızın, o cümlədən onun ikinci şəhəri Gəncənin elmi potensialının yüksək olduğunu qeyd etməklə, alimlərin öhdəsinə Vətənimizin iqtisadi və sosial inkişafı naminə böyük vəzifələr düşdüyünü bildirib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər tşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Bayram Aslanov çıxış edərək, AMEA-nın və onun Gəncə Bölməsinin alimlərini qeyd olunan əlamətdar tarixlər münasibətilə təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu gün də cənab Prezident İlham Əliyevin ölkəmizin qüdrətinin daha da artırılması üçün neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının uğurla həyata keçdiyini vurğulayıb.
Plenar iclasda həmçinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kənd təsəttüfatı elmləri doktoru, professor İbrahim Cəfərov , həmin institutun professorları, aqrar elmlər doktorları Ələddin Tağıyev, Nizami Seyidəliyev, Elman Mövsumov, Gəncə Dövlət Universitetinin kafedra müdri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Novruzov, həmin institutun kafedra müdri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova,Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Maarifləndirmə Sektorunun müdiri , tarix üzrə fəlsəfə doktoru Elnur İmanov, AMEA-nın Naxşıvan Bölməsindən filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, Azərbaycan Texnologiya Universitetinin prorektoru, dosent Şahmar Hüseynov,AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoruü, dosent Qürbət Mirzəzadə və digər alimlər təbrik nitqi ilə çıxış edərək, elmi tədqiqatların ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətin tərəqqisinə və insanların rifahına töhfə verməsinin vacibliyi məsələlərindən danışıblar.
Sonra təbiət və texniki, həmçinin ictimai elmlər üzrə ayrı-ayrı bölmələrdə məruzələrin dinlənilməsi olub. “Gəncə ədəbi mühiti: Nizami Gəncəvidən müasir dövrümüzə qədər”, “AMEA. 80 il ərzində Azərbaycan tarixşünaslıq elminin inkişaf tarixi”, “Azərbaycanın Qərb bölgəsinin ədəbi mədəni mühiti”, “Gəncə Bölməsinin Regional Əməkdaşlıq Strategiyası: keçmiş və gələcək”, “Qərb bölgəsinin xammal və sənaye tullantılarının ekoloji problemləri”, “Qərb bölgəsinin biomüxtəlifliyinin tədqiqi və səmərəli istifadəsi”, “Aqrar sahənin inkişafı üçün mövcud problemlərin araşdırılması, onların aradan qaldırılması, elmi əsaslandırılmış işlərin istehsalata tətbiqi”, “Azərbaycanın Qərb hissəsi florasının müasir vəziyyəti” bölmələri üzrə konfransa 160-dan çox məruzə qəbul edilib.
Elmi-nəzəri konfransın materialları ayrıca toplu şəklində nəşr olunub, həmçinin qonaqlara AMEA-nın Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə yenicə çapdan çıxan “Gəncənin elm məbədi” kitabı hədiyyə edilib.
Zakir Muradov, Gəncə
AMEA-nın 80, onun Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib
AMEA-nın 80, onun Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib
AMEA-nın 80, onun Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib
AMEA-nın 80, onun Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib
AMEA-nın 80, onun Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib
AMEA-nın 80, onun Gəncə Bölməsinin yaradılmasının 44 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib