
ABŞ administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarı yaxşı xəbərdir.
525.az xəbər verir ki, bu barədə Britaniya İrs Partiyasının lideri Devid Kerten özünün X sosial şəbəkə hesabında yazıb.
"Yaxşı xəbər! “Prezident Donald Tramp münaqişəni dayandırmaq üçün Ukraynaya ölümcül yardımı dayandırır”, – siyasətçi vurğulayıb.
Bundan əvvəl Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Amerika liderinin qərarı daha sonra Ağ Ev tərəfindən KİV-ə təsdiq edilib. Reuters-in məlumatına görə, çatdırılmalar artıq martın 4-də dayandırılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun qərarını şərh edərək bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması sülhə ən yaxşı töhfə ola bilər.
Pərvanə Sultanova



