|
|
|
|

Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gəlib.
525.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, o, artıq Almaniya tərəfinin Kiyev rejiminə daha 130 milyon avro ayıracağını bəyan edib.
“Biz bu gün humanitar yardım və sabitləşdirmə fondlarına əlavə olaraq 130 milyon avro ayırırıq”, - deyə Berbok bildirib.
Xatırladaq ki, daha əvvəl Ali Radanın spikeri Ruslan Stefançuk Avropanın müxtəlif ölkələrindən parlamentarilərin Kiyevə gəldiyi barədə məlumat verib.
İbrahim Cəfərov



