|
|
|
|

Tailandda rusiyalı və qazaxıstanlı turistləri daşıyan gəzinti katerində partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Pxuket əyalətində, Mayton adası yaxınlığında baş verib.
Çimərliyə 31 turist aparan katerdəki partlayışın səbəbləri araşdırılır. Qəza nəticəsində 1 rusiyalı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
30 turist isə sudan çıxarılaraq qaldıqları otellərə yönləndiriliblər.
Qeyd edək ki, partlayış anında sahilə yaxın yerdə lövbər salan katerin sərnişinləri suda olduqları üçün qəza itkiyə səbəb olmayıb.
L.Tağıyeva



