|
|
|
|

ABŞ NATO-da fəal rol oynamağa davam edəcək, Vaşinqton alyansın daha güclü olmasını istəyir.
525.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
"ABŞ həmişə NATO-da fəal rol oynayıb. Prezident Donald Tramp NATO-ya qarşı deyil, o, lazımi imkanlara malik olmayan alyansa qarşıdır", - dövlət katibi bildirib.



