|
|
|
|

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Nazirlər eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar: “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.



