https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Flik: "El-Klassiko" indi heç bir əhəmiyyət kəsb etmir"

Flik: "El-Klassiko" indi heç bir əhəmiyyət kəsb etmir"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya kubokunun yarımfinalının cavab oyununda "Atletiko"nu üstələyərək (1:0, ilk oyun - 4:4) finala yüksəlməklərindən danışıb.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisi həlledici matçda əzəli rəqibi "Real"la qarşılaşacaq.

Hans-Diter Flik isə hələ bu görüş haqqında düşünmədiklərini deyib: "Yaxşı müdafiə olunduq və çox yaxşı oynadıq. Hər kəs bu komanda ilə fəxr edə bilər. "Atletiko" böyük klubdur. Lakin biz daha yaxşı çıxış etdik. 

Qarşıda bizi La Liqada “Betis”lə oyun gözləyir. Növbəti görüşlərin hamısı çətin olacaq. Amma bizim fantastik komandamız var. "Real"la final oyunundan danışmaq istəmirəm. Bütün diqqətimi "Betis"lə matça yönəltmişəm. "El-Klassiko" oynamaq əladır, amma qarşıda hələ çox matçlar var. Final indi heç bir əhəmiyyət kəsb etmir".

Qeyd edək ki, "Barselona" və "Real" arasındakı final matçı aprelin 26-da keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.