|
|
|
|

“Bu, Almaniyanın qarşıladığı son dinc yay ola bilər”.
525.az “Focus” nəşrinə istinadən xəbər verir ki, bunu alman tarixçisi Zenke Naytsel deyib.
O, Ukrayna münaqişəsinin Avropanın digər regionlarına da yayıla biləcəyindən narahatlığını ifadə edib. Naytselin fikrincə, bu, yaxın gələcəkdə baş verə bilər.
Alman tarixçi hesab edir ki, beynəlxalq təhlükəsizlik vəziyyəti ciddi dəyişikliklərə məruz qalır və bu proseslər Rusiya prezidenti Vladimir Putinin, eləcə də onun amerikalı həmkarı Donald Trampın fəaliyyəti ilə əlaqədardır.
Bununla belə, alman mütəxəssisləri arasında bu məsələdə ortaq fikir yoxdur. “Focus” nəşri yazır ki, məsələn, Köln Universitetinin beynəlxalq münasibətlər və geosiyasət professoru Klemens Fişer bu cür proqnozlara şübhə ilə yanaşır.
İbrahim Cəfərov



