|
|
|
|

Ukraynalı 17 yaşlı futbolçu Aleksandr Şvorak Almaniyada qətlə yetirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qohumları sosial şəbəkə hesabında paylaşım ediblər.
Şvorak Ukraynada "Taym" Uşaq-Gəncələr Futbol Klubunun yetirməsi olub. Ailəsi ilə Polşada məskunlaşan gənc Almaniyaya tanışlarının yanına gedibmiş. Qohumunun məlumatına görə, elə orada həmin tanışları tərəfindən də öldürülüb.
Qətlin motivləri barədə xəbər yoxdur. Yalnız mərhumdan DNT nümunələri götürüldüyü və cinayət işi açıldığı bəllidir.
Xatırladaq ki, ötən il də Almaniyada bənzər hadisə baş vermişdi.
Düsseldorfda ukraynalı 17 yaşlı basketbolçu Vladimir Yermakov qətlə yetirilmişdi.
L.Tağıyeva



